mp3 indir dur

BadClause - Neler İtirdik

Neler İtirdik
Sanatçı
Albüm
Şarkı
: Neler İtirdik
Boyut
: 4.77 MB
Toplam İndirme
: 165 İndirme
Haftalık İndirme
: 165 İndirme
Tarih
: 24-03-2021
Mp3 indirmek için tıklayın
Kullanıcı Yorumları (BadClause - Neler İtirdik )
Neler İtirdik Şarkı Sözü
[Bənd 1]

Düşün biraz, hansı döngədə itdik?

Hansı kölgədə birdik, hansı bölgədə bizdik?

Hansı bölgədə sən və mən özgə?

Bəs bu şəhərdə hərşey açıq-aşkar bircə sevgimi gizli?



Ürəyinə gələn yoxdur deyəsən, yolu bağlamısanmı?

Şair yazmır gecə, otaqda lampası yanmır

Çox şey var düşündüyüm bircə cavab ver

Bəs sən gecələr musiqi dinləyib ağlamısanmı?



Mәn sәnә gәlәrәm yenә fәlәk önümdә hörsә divar

Tacir eşqi satarmı bәs yad ovucda görsә dinar?

Biz ikimiz eyni mahnılarda ölüb fәrqli şәhәrlәrdә

Yaşaya biliriksә, bu sevgi ölmәz, inan!



Dayanıb sakit, bir gecә yanımda qal ki

O gecәni ol mәnә sakin, bezәnә qәdәr ta ki

Vә bәzi musiqilәr sırf bizә görә yazılıb sanki

Mәndә olan yar sәnsәn, sәndә olan yar kim?



Vә lakin görürdün ki, yorulurdum hər addımda

Ən çox dəyər verdiyim sən idin həyatımda

Soruşurlar necə biriydi? Mələk - deyirəm, inanmırlar

Əgər ki, sevirdinsə bәs getmәyə nə haqqın var?



Xәtrinә dәysәm belә önümdә gözlәrini süzmә

Baxışıma seyr eylә durma vә zillә gözlәri gözümә

Yanaqlarına naxış çәkәr dodaqlarına kimi sürmә

Onla olan şәkillәrdә mәnlә güldüyün kimi gülmә!



Güldürmә, ayrılacaq yol qәsdәn

Mәn olum illәrin şairi, sәnsә ol bәstәm

Sәn eşqin mәlhәmi, mәndәn özgә yox xәstәn

Arada bir dә üzümә gül ki, bilim mәnlә xoşbәxtsәn



Gecәnin yağış әtri saçlarına qatanda nәm

Sabahım xeyir olmur sәndәn ayrı yatanda mәn

Neçә gündür ki, yoxsan can, darıxmışam әtrinçün

Görüşәk sabah hәmin yerdә, axşam gün batanda gәl



[Nəqərat]

Sevirdim axı saçlarının әtrini

Sәnin gedişini başqası gәtirmir

Sevgi sağollaşanda bitirmi?

Nәlәri qazandıq, nәlәr itirdik?



Sevirdim axı saçlarının әtrini

Sәnin gedişini başqası gәtirmir

Sevgi sağollaşanda bitirmi?

Nәlәri qazandıq, nәlәr itirdik?



[Bənd 2]

Sәn qollara, qollar sәnә hәsrәt

Özgәsi gәrәksizdir, sәn özün bәssәn

Mәn nә qәdәr düz oluramsa, sәn bir o qәdәr tәrssәn

Pozulur sakitçilik, otağa dolan sәslә



Öldürәrsәn cismәn mәni, qәsdәn sәn әsmә

Göz yaşın külәk kimidir inan, üşüyürәm axı әsmә

Tapa bilәrsәn özünü orda, xәyallarımı gәzsәn

Tәlәsmә, uzaq olsan belә gecәlәr adımı sәslә



Sәn unutma, nə də unutdurma, unutduğumu düşünmə

Xəyallarla yaşatma məni, dur, çıx evdən özün gəl

İncitmə, bir də söz ver çıxmayacaqsan sözümdən

Qürurlu mesajlar da bağışlanacaq üzrlə



İndi çıxaram özümdən elә, sən süz de ki, süzüm mən

Layiq olduğun qədəriylə yazardım hüznlə

Əgər gözündən düşsəm, süzülüb axaram üzündən

Rədd elə məni, istəsən gedim, amma ki, sən üzülmə



O aşiq misralarıma, bәyәnir hәr әl işimi

Onu sevmək xasiyyәtim, sevməmәksә vәrdişdir

Tәlәsәn zaman ötürmüşdü sәrnişini

Onun gedişi belә gözәldir, sanki getmәk üçün gәlmişdi



Gedib dә gәlsәn әgәr xoş gәl gәlmә vidayla

Gözlәrin sәma kimidir, ulduz әvәzi dәrdi sayıram

Hamıya getmәk icazә olar, amma ki, sәn getmә məndən

Hәr gün görüşәrdik, indi yaralı qalıb hәftә aydan



Mәn sәnә sadiq hәyat, heyif ki, xain әcәl

Birgün özümü gözlәrindәn asıb intihar edәcәm

Gәl, ürәyini dağ elә, gәl

Mәndәn gülә-gülә getmişdin, amma әfkar ilә gәl



Sәn dara düşәn zaman varlığım imdada gәlirsә

Biz heç vaxt ayrılmayaq ayrılsa da, dalğa dәnizdәn

Unutmuşammış kimi hәr dәfә yada gәlirsәn

Mәn sәnin yazarınamsa, sәn dә mәnim şahәsәrimsәn



[Nəqərat]

Sevirdim axı saçlarının әtrini

Sәnin gedişini başqası gәtirmir

Sevgi sağollaşanda bitirmi?

Nәlәri qazandıq, nәlәr itirdik?



Sevirdim axı saçlarının әtrini

Sәnin gedişini başqası gәtirmir

Sevgi sağollaşanda bitirmi?

Nәlәri qazandıq, nәlәr itirdik?



[Nəqəratdan sonra]

Dinlə, can dostum, mənə yarıda qoydu yarım

Bu gün nəsə inciyib, küsüb danışmır piano

Vərəqə dolur adın məndən asılı olmayaraq

Ya dünya tərsə dönür, (ha) ya da ki, mən piyanam



Rumka dayanmır əlimdə düşür qeyri-ixtiyara

Dumanlı gözlərini də sevirəm deyə bəxtiyaram

Bayırda yağış yağsa, mən altında tək dayanam

Ya otaqda günəş çıxır, (ha) ya da ki, mən piyanam

Mp3 indir

Bizimle iletişime geçmek, telif hakları, şikayet bildirimi, kaldırma isteği. Mp3 Eklemek, şarkı göndermek ve diğer tüm konularda iletişime geçmek için mp3kulisi @ gmail.com maili üzerinden iletişime geçebilirsiniz.
Sitemap